Orijinalda və tərcümədə dil vasitələrinin üslubi identifikasiyası

üslubi-semantik interpretasiyanın obrazlı sistem çərçivəsində bədii dəyərin qoyulması. Üslubi dəyər, eyni zamanda, empirik və nəzəri şəkildə qoyulur; adətən, təsviri vasitələr tərcüməçinin praktikasında intuitiv olaraq seçilir.
Orijinalda şeir motivi
Orijinalda və tərcümədə sözün üslubi dəyəri
OBASTAN VİKİ
Tərcümədə Təşkilatlanma
=== Tərcümədə Təşkilatlanma === Hal-hazırkı mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu sayın günü-gündən artdığı heç kimdə şübhə yaratmır. Bəs bu qədər tərcüməçi harda və necə təşkilatlanır? Topladığım məlumatlara istinadən deyə bilərəm ki, dünya üzərində yüzlərlə tərcümə təşkilatları, assosiasiyaları mövcuddur. == Beynəlxalq Tərcüməçilər Federasiyası == Beynəlxalq Tərcüməçilər Federasiyası Federation of Translators) dünyada üzvlərinin sayına , heyata keçirdiyi tədbirlərə və reytinginə görə tərcüməçilərin ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir. Federasıyanın üzvü olan tərcüməçilərin sayı isə 80.000-dən artıqdır. Federasiyanın əsas məqsədləri arasında tərcüməçiləri bir araya toplamaq, onların hüquqlarını müdafiə etmək, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır. Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 2014-cü ildə Almanyada baş tutacaq.
İncəsənət və Dil
İncəsənət və Dil — (ing. Art & Language) 1960-cı illərin sonlarından etibarən bir çox dəyişikliklərə məruz qalan konseptual sənətkarların əməkdaşlığıdır. Qrup intellektual ideyaları və narahatlıqları incəsənət yaradıcılığı ilə birləşdirmək üçün ortaq arzusu olan rəssamlar tərəfindən təsis edilmişdir. Art-Language və (jurnal qrupu) ilk sayı 1969-cu ilin noyabrında İngiltərədə Chipping Nortonda nəşr olunmuşdur və Birləşmiş Ştatlarda və Birləşmiş Krallıqda konseptual sənət və müasir sənətə əhəmiyyətli təsir göstərmişdir. == Sənətkarlar == Terry Atkinson David Bainbridge Kathryn Bigelow Ian Burn Sarah Charlesworth Michael Corris Dan Graham Preston Heller Graham Howard Harold Hurrell Joseph Kosuth Christine Kozlov Nigel Lendon Sol LeWitt Andrew Menard Philip Pilkington Neil Powell David Rushton Terry Smith Mayo Thompson Lawrence Weiner == İstinadlar == == Xarici keçidlər == MoMA PS1 veb, New York Arxivləşdirilib 2017-08-15 at the Wayback Machine MoMA veb, New York Tate Modern veb, London Centre Pompidou veb, Paris. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Stedelijk Museum veb, Amsterdam Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine Fundacio Tapies veb, Barcelona Monsoro qəsri veb, Monsoro.
Radiotezlik identifikasiyası etiketləri
Radiotezlik identifikasiyası etiketləri - Etiketlər elektron şəkildə saxlanılan məlumatları ehtiva edir. Bu sistemlərə əlavə edilmiş etiketlər avtomatik olaraq təyin etmək və izləmək üçün elektromaqnit sahələrini istifadə edilir. Passiv etiketlər yaxınlıqdakı radiotezlik identifikasiya oxucusunu sorğulayan radio dalğalarından enerji yığır. Aktiv etiketlərdə yerli bir enerji təchizatı var (batareya kimi) və radiotezlik identifikasiya oxucundan yüzlərlə metr uzaqda işləyə bilər. Barkoddan fərqli olaraq, etiketin oxuyucusunun görünüşü daxilində olması yox, izlənilən obyektə yerləşdirilə bilər. Radiotezlik identifikasiya avtomatik identifikasiya və məlumatların qəbul edilməsi üçün bir üsuludur. == Növləri == Radio frekansının müəyyənləşdirilməsi sistemində etiketlərdən istifadə edilir və ya müəyyənləşdiriləcək obyektlərə etiketlənir. İki tərəfli radio ötürücü alıcılar, təsir edənlər və ya oxucular, etiketə bir siqnal göndərir və cavab oxuyur . Radiotezlik identifikasiya etiketləri passiv, aktiv və ya batareyadan dəstəklənən ola bilər. Aktiv etiketdə quraşdırılmış batareya var və ID siqnalını mütəmadi olaraq ötürür.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. == Qəbulu == Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Dil və Ədəbiyyat (jurnal)
"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. == Haqqında == İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir.
Bəhai dini və köməkçi dil
Bəhai dini öyrədir ki, dünya bir beynəlxalq köməkçi dil seçə və öz ana dilləri ilə yanaşı ondan istifadə edə bilərlər. Bu təlimin məqsədi dünya xalqları və millətləri arasında rabitənin təkmilləşdirilməsi və birliyin bəslənməsidir. Bəhai təlimləri bəyan edir ki, bununla belə, beynəlxalq köməkçi dil xalqların mövcud ana dilini zəiflətməməli və müxtəliflikdə birlik prinsipi tətbiq olunmalıdır ki, dünyadakı mədəni müxtəliflik qorunsun. == Təlim və məqsəd == Bəhai dininin təlimləri insanlığın birliyinə böyük diqqət ayırır. Bəhai təlimləri insanlar arasında rabitənin təkmilləşdirilməsini dünya birliyi və sülhü üçün həyati-vacib vasitə kimi görür. Bəhai təlimləri dillərin çoxluğunu birliyin qarşısındakı əsas maneə kimi görür, belə ki, çoxlu dilin mövcudluğu informasiyanın sərbəst axınının qarşısını alır və sıravi insanın dünyadakı proseslər haqqında hərtərəfli perspektiv əldə etməsini çətinləşdirir.Ümumi/beynəlxalq köməkçi dilin seçilməsi və qurumsallaşdırılması prinsipi Bəhai dinin əsas ehkamları arasındadır. Bəhaullah, Bəhai dininin peyğəmbəri, İşraqar və Məqsud Lövhlərində yazır və öyrədir ki, ortaq dilin əskikliyi dünya birliyinin qarşısında əsas baryerdir, belə ki, fərqli dillərdə danışan insanlar arasında rabitənin əskikliyi dünyada sülhün bərqərar edilməsi səylərinə xələl gətirir. O çağırırdı ki, insanlıq köməkçi bir dil seçə və bunu məktəblərdə öz ana dilləri ilə yanaşı öyrədə bilərlə və beləliklə bütün insanlar bir-birini anlayarlar.
Dil ordu və donanmalı dialektdir
Dil ordu və donanmalı dialektdir (idiş אַ שפּראַך איז אַ דיאַלעקט מיט אַן אַרמיי און פֿלאָט‎) – dillə dialekt arasındakı fərqləndirmə haqqında istehzalı ifadə. Bu ifadə sosial və siyasi şəraitin yaratdığı şəraitin cəmiyyətin dil və ya dialektin statusuna təsirini vurğulayır. Bu ifadə sosiolinqvist və idiş mütəxəssisi Maks Vaynrayx tərəfindən məşhurlaşdırılmışdı. O, bu ifadəni mühazirə verdiyi auditoriyada bir nəfərdən eşitmişdi. == Tarixi == İfadə idiş dili üzrə ixtisaslaşmış alim Maks Vaynrayxla əlaqələndirir. O, ifadəni idiş dilində ifadə etmişdir: Bu ifadə ilk dəfə Vaynrayxın "Der YIVO un di problemen fun undzer tsayt" (idiş דער ייִוואָ און די פּראָבלעמען פֿון אונדזער צײַט‎) adlı məqaləsində işlədilmişdir. Məqalə 5 yanvar 1945-ci ildə bir konfransda təqdim edilmişdir. Vaynrayx ifadənin ingilis dilində versiyasını açıqlamamışdır. Məqalədə Vaynrayx ifadənin yaranma tarixçəsini belə açıqlayır: Sosiolinqvist və iddiiş dili mütəxəssisi Coşua Fişmenin sözügedən dinləyici olduğu iddia olunsa da, iddia sübut olunmayıb.Randolf Kvirk ifadəni dəyişdirərək "Dil ordu və bayraqlı dialekt"dir ifadəsini də yaratmışdır. == Həmçinin bax == Ausbaum-paradiqma == İstinadlar == == Ədəbiyyat == John Edwards.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır. == Elmi nəticələr == Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi"nin keçirilməsi haqqında sərəncamına uyğun olaraq teatr haqqında 45 ç.v. həcmində salnamə hazırlanaraq Naxçıvan MR Ali Məclisinə təqdim edilmişdir. Bu salnamədə ilk dəfədir ki, Naxçıvan teatrının yaradıcılıq yolu 1883-cü ildən 2008-ci ilə qədər tam şəkildə təhlil və tədqiq edilmişdir. Müəlliflər yeri gəldikcə əvvəlki tədqiqatlarda təhrif olunmuş faktlara təkziblər, düzəlişlər, qeydlər vermiş, hər ilin repertuar durumu, tamaşaların premyera günləri, ifaçılar ayrıca göstərilmiş, əsərləri oynanılmış bütün dramaturqlar, teatrın yaradıcılarından 116 nəfər, o cümlədən tanınmış aktyor, rejissor, rəssam, bəstəkar barədə ensiklopedik məlumat vermişlər. Teatrın 125 illik tarixində baş vermiş mühüm hadisələr hər ilin sonunda xüsusi təqdimat prinsipləri ilə tərtib edilmişdir. Teatrda ayrı-ayrı illərdə tamaşaya qoyulan əsərlərdən və arxiv sənədlərindən ibarət 200-dən artıq şəkil toplanılmış bununla yanaşı "Naxçıvan teatrı" adlı kitab və "125 yaşlı Naxçıvan teatrı" sənədli-televiziya filminin çəkilişi üçün ssenari hazırlanmışdır. Naxçıvanın dialekt və şivələrində işlənən ərəb-fars və türk sözləri, dilimizin regional-məhəlli xüsusiyyətləri araşdırılmış, toplanan materiallar incələnmiş, sözlərin səslənməsinə görə fonetik təsnifatı müəyyənləşdirilmiş, Naxçıvan MR-ın Ordubad, Şahbuz, Babək rayonlarından toplanmış dialekt materiallar kameral işlənmiş, leksik xüsusiyyətləri araşdırılmışdır. "Naxçıvan dialekt və şivələrinin lüğəti" adlı kitab çapa təqdim edilmişdir.
Avtomobil nəqliyyatı vasitələrinin sığortalanması
Avtosığorta — sərnişin və yük avtomobillərinin, avtobusların, motosikletlərin, skuterlərin, motoarabaların, katerlərin, motorlu qayıqların və digər nəqliyyat vasitələrinin sığortası. Sığortalanmış avtonəqliyyat vasitələrinin itkisi, qəza, yanğın, mühərrikin və ya yanacaq çəninin partlaması, zəlzələ, sel, qasırğa və digər təbii fəlakətlər nəticəsində zədələnməsi və ya məhv olması nəticəsində yaranan ziyan sığortaçı tərəfindən ödənilir.
Aqqlütinativ dil
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Dil (anatomiya)
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dil (coğrafiya)
Dil (coğrafiya) — bir tərəfdən sahilə bağlılığı olan, digər hissəsi isə suyun daxilinə doğru uzanan coğrafi obyekt. Eni 10 metrdən başlamış bir neçə km-ə qədər ola bilir. == Yaranması və strukturu == Dillər əsasən Qum, Çınqıl, Qənbər, balıqqulağının dəniz dalğa və ya axınları nəticəsində qarışmasından meydana gəlir. Dillər bəzən iki axının bir-birinə əks istiqamətdə hərəkət etdiyi ərazilərdə belə yarana bilir. Bu zaman açıq dənizdə sahilə perepentululyar olaraq dillər əmələ gəlir. == Həmçinin bax == Sədd adalar == Ədəbiyyat == Sahillər / P. А. Kaplin, О. K. Leontev, S.А, Lukyanova, L. Q. Nikifirovo. М., Fikir, 1991, 479 с. ISBN 5-244-00449-2.
Dil (dəqiqləşdirmə)
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə ( yazılış ) qaydaları daşıyan şərti sistem. Dil — ağız boşluğunda qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqan.
Dil ailələri
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir ola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: == Hind-Avropa dilləri == === Avropa qolu === German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dil fəlsəfəsi
Dil insanın fəaliyyəti prosesində idraki və kommunikativ funksiyaları yerinə yetirərək istənilən fiziki təbiətli işarəs sistemidir. Dil ümumi olaraq iki müxtəlif aspektdə götürülə bilər. Süni dil və təbii dil.Dil haqqında ikinci siqnal sisteminin özünü büruzə verməsi kimi təsəvvür formalaşdıran alim, rus alimi və təbiətşünası Pavlov olmuşdur. Müasir nepozitivizst fəlsəfədə dil fəlsəfəsinə ümumiyyətlə geniş yer ayırılır. Məşhur fransız alimi və dil fəlsəfəsi üzrə tədqiqatçı alim Sösör bu barədə böyük araşdırmaları və yeni nəzəriyyənin banisi hesab edilir.
Dil kodları
Dil Kodları - qısa əlifba və ya rəqəm kodlar, hansılarki dillərin məlumat emalında və rabitədə təqdim olunması üçün nəzərdə tutulublar. Bu növdə çox sistemxnxx var, onlardan ən tanınmışı "İSO-639" sistemidir.
Dil məkanı
Dil məkanı, sprachraum (ing. spraaʊm) - bir dilin, müxtəlif dialektləri ilə birlikdə əhatə etdiyi coğrafi məkan. == Ümumi məlumat == Bir sıra dil məkanlarının milli sərhədləri yoxdur. Məsələn, Cənubi Amerika ispan dil məkanının aeralıdır, ancaq ərazicə kiçik İsveçrə dörd dil məkanının kəsişdiyi yerdə yerləşir. Dil məkanı bəzən ayrı-ayrı qitələrdə yerləşir. Dörd iri Qərb dil məkanına ingilis, ispan, portuqal və fransız dilləri daxildir. İngilis dil məkanı bütün dünyanı əhatə edir, o bir çox keçmiş müstəmləkələrində rəsmi dil statusuna malikdir. Fransız dil məkanı frankofoniya adlanır. Portuqal sprachraumu özündə sərhədləri ümumi olmayan ölkələri birləşdirir. Lusosphere və ya Lusophony özündə təkcə portuqal dilli ölkələri deyil, həmçinin portuqal dilli diasporanı da birləşdirir.
Dil prosessoru
Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Dil təmizliyi
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genışlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
боль вдвижно́й засы́пка наподо́бие того́ что небеспло́дный обшла́жный оториноларинголо́гия при́пертень сплавля́ться авиаконстру́ктор недоре́занный публи́чный дом леха gear-drive Pillars of Helcules Scratch time-to-climb Vatican Vesta брейд-вымпел люкс семичасовой треугольный фееричный фотомонтаж